Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzindən, Münxen, Almaniya
Möhtərəm cənab Prezident,
Böyük Azərbaycan xalqı bu dəfə də Vətənimiz üçün doğru seçim etdi. Bir dövlətin inkişaf etməsi, digər dövlətlər arasında söz sahibi olması üçün ona əzmkar, ağıllı xalq və güclü lider lazımdır. Azərbaycan xalqının xoşbəxtliyi də məhz bundadır ki, müstəqilliyini bərpa etdikdən sonra çox güclü, hətta deyə bilərik ki, dünyanın ən güclü liderləri sırasında olan iki şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin və Sizin rəhbərliyinizlə böyük inkişaf yolu keçdi.
Siz Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək Azərbaycan dövlətini hazırkı inkişaf səviyyəsinə yüksəltdiniz, xalqımıza böyük nailiyyətlər qazandırdınız. Otuz il işğal altında qalan torpaqlarımız məhz Sizin rəhbərliyinizlə geri qaytarıldı. Sizin dərin zəkanız, biliyiniz, zəngin təcrübəniz, qətiyyətiniz, ordumuzun rəşadəti, xalqın liderinə olan inamı sayəsində Azərbaycan haqq mübarizəsini uğurla başa vurdu, gücünü bütün dünyaya göstərdi. Bizə bu qələbəni, qüruru və xoşbəxtliyi yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk.
Möhtərəm cənab Prezident, Sizi seçkilərdəki inamlı qələbəniz münasibətilə Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzi olaraq ürəkdən təbrik edir, bu çətin və şərəfli vəzifənizdə Sizə müvəffəqiyyətlər arzulayırıq. Uğurlu fəaliyyətinizlə Azərbaycana bundan sonra da yeni-yeni zəfərlər qazandıracağınıza inanırıq.
Hər zaman Sizin arxanızdayıq, yürütdüyünüz siyasəti dəstəkləyirik.
Hörmətlə,
Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzi