Rəşid Rəsulzadədən, Moskva, Rusiya
Hörmətli cənab Prezident,
Bu yaxınlarda keçirilmiş prezident seçkilərində xalqımın mütləq iradəsini tam əks etdirən parlaq qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm!
Qarşıya qoyduğunuz bütün məqsədlərə çatmaqda, xalqın etimadını qazanmış Lider kimi taleyüklü missiyanızın yerinə yetirilməsində uğurlar arzulayıram!
Fəxrlə və əminliklə bildirirəm ki, Sizin adınız Azərbaycanın şanlı tarixinin səhifələrinə əbədi olaraq Qalib, Fateh kimi yazılacaq.
İşğaldan azad edilmiş torpaqların dirçəldilməsi və çiçəklənməsi, bu qədim torpaqların tarixini qanlarında daşıyan əsl sahiblərinin – azərbaycanlıların doğma yurdlarında məskunlaşması ilə Sizin adınız xalqın yaddaşına həm də Qurucu, Memar kimi həkk olunacaq.
Biz daha Sizi təbrik edir, ən səmimi diləklərimi çatdırıram.
Hörmətlə,
Rəsulzadə Rəşid
Rusiya Federasiyası, Moskva şəhəri