Rövşən Əhmədovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə YAP Ağcabədi rayon təşkilatının bütün üzvləri adından səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması, əhalinin rifahı naminə titanik fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Cənab Prezident, Siz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmış, 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal antiterror əməliyyatı ilə parlaq qələbə qazanaraq ölkəmizi ərazi bütövlüyünə qovuşdurmusunuz.
Zati-aliləri, indi Sizin rəhbərliyinizlə işğaldan azad edilmiş ərazilərdə misli görünməmiş bərpa və quruculuq işləri aparılır. Vaxtilə ev-eşiyindən didərgin salınmış insanlar öz doğma yurdlarına dönür, firavan həyat sürürlər. Həmin ərazilərdə onların pozulmuş hüquqları, o cümlədən seçki hüququ bərpa edilmiş və keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarında növbədənkənar prezident seçkilərində iştirak etmişlər.
Bütün cahanşümul uğurlara görə xalqımız böyük sevgi və coşqu ilə zəfər seçkilərində Sizə – qalib xalqın qalib Liderinə yenidən etimad göstərərək, demokratiyanın təntənəsinə çevrilən seçkidə bir daha Sizi Prezident seçməklə yeni qələbələrə, uğurlu gələcəyə səs vermiş oldu.
Bir daha Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə təbrik edir, xalqımızın işıqlı gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni naliyyətlər diləyirik.
Hörmətlə,
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Azərbaycan Respublikası, Ağcabədi rayonu.