19 fevral 2024, 10:51

Səxavət Süleymanzadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyinizlə xalqımıza xüsusi sevinc bəxş etmisiniz.

Xalqımız Sizinlə daha güclü, daha əzmkar, daha mübarizdir. Bu, həyatın bütün sahələrində özünü göstərir.

Sizi Prezident seçkilərində inamlı qələbəniz münasibəti ilə ürəkdən təbrik edir və üzərinizə götürdüyünüz taleyüklü missiyanızda bol-bol uğurlar arzulayıram.

Allah Sizi qorusun!

Dərin hörmət və ehtiramla,

Səxavət Süleymanzadə

Azərbaycan Respublikası, Bakı şəhəri