İlahə Mehtiyevadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi 7 fevral prezident seçkilərində qazandığınız qələbə münasibətilə 90-cı illərin qəhrəman şəhidlərinin övladları adından səmimi-qəlbdən təbrik edirik. Qalib xalqın qalib Lideri, Sizə hər zaman qələbə yaraşır!
Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də torpaqlarımızın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhid ailələrinə göstərilən dövlət qayğısıdır.
Azərbaycanın daha yüksək zirvələrə ucalması üçün apardığınız müdrik siyasətinizdə Sizə yeni-yeni uğurlar və nailiyyətlər arzulayırıq. Vətənimiz uğrunda canından keçən şəhidlərin əmanətləri olaraq biz daim Ali Baş Komandanımızın – Sizin yanınızdayıq!
Hörmətlə,
İlahə İbrahim qızı Mehtiyeva
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.