19 fevral 2024, 10:10

Arzu Abdullayevdən, Naxçıvan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin prezidentlik dövründəki fəaliyyətiniz, milli maraqlara əsaslanan daxili və xarici siyasətiniz xalqımız arasında böyük rəğbətə, inama və etimada səbəb olmuşdur. Bütün bunların nəticəsidir ki, Siz keçirilən növbədənkənar Prezident seçkilərində möhtəşəm və inamlı qələbə qazandınız.

Cənab Prezident!

Bugünkü dövlətimiz tarixin ən qüdrətli Azərbaycanıdır. Əgər Ümummilli Lider Heydər Əliyev azərbaycançılığı dövlətin əsas ideyasına çevirdisə, Siz xalqı bu ideya, vahid amal ətrafında birləşdirib, iki əsrlik münaqişəyə, 30 illik həsrətə son qoyaraq hər bir azərbaycanlının əbədi xilaskarına çevrildiniz!

Son 20 ildə Azərbaycan Sizin rəhbərliyinizlə xalq-iqtidar birliyini, davamlı uğurları şərtləndirdi, inkişafa, intibaha, tərəqqiyə qovuşaraq sabitlik adasına çevrildi. Siz, möhkəm bünövrələr, böyük sütunlar üzərində yeni və möhtəşəm Azərbaycanı qurdunuz.

Biz həm qalib xalq kimi, həm Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi kimi xoşbəxt insanlarıq. Həm də ona görə xoşbəxt insanlarıq ki, yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən, bizi dağlı-aranlı Qarabağa tam sahibləndirən Lideri var.

Möhtərəm Prezident!

Sizi ölkəmizin beynəlxalq səviyyədə tanınmış suveren ərazisində keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edir, şərəfli yolda Sizə möhkəm cansağlığı, Vətənimizin inkişafı naminə qətiyyətlə və əzmlə həyata keçirdiyiniz missiyanızda yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Abdullayev Arzu Kamal oğlu,

tarix üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.