17 fevral 2024, 17:52
Tural Nərimanovdan, Bərdə, Azərbaycan
Müzəffər Ali Baş Komandan!
Sizi bütöv Azərbaycanın və onun xalqının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Fevralın 7-də çox şərəfli bir gün yaşadıq. Qalib Azərbaycanın qeyrətli xalqı müzəffər Ali Baş Komandanını yenidən Prezident seçərək bir daha zəfərə imza atdı. Bu tarixi yaşadığımız, Sizinlə bir yolda yürüdüyümüz üçün şərəf duyuruq və özümüzü çox xoşbəxt hesab edirik.
Ölkənin hərbi və iqtisadi inkişafına verdiyiniz önəm Sizin ümumilikdə vətəndaşların rifahına olan diqqətinizin təzahürüdür. Əminik ki, Sizin əməyinizlə günü-gündən çiçəklənən və ucalan bu dövlətin böyük qələbələri hələ qarşıdadır.
Daim var olun!
Hörmətlə,
Tural Bəhram oğlu Nərimanov
Azərbaycan Respublikası, Bərdə rayonu.