17 fevral 2024, 17:35

Sübhan Kərimlidən, İmişli, Azərbaycan

Əziz və hörmətli Prezident,

7 fevralda keçirilən seçkilərdə uğur qazanaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Siz Ümummilli Liderimiz Heydər Əliyevin müdrik siyasətini layiqincə davam etdirirsiniz. Bu gün Ulu Öndərimizin ruhu şaddır.

Cənab Prezident, Siz xalqımızın fəxri və qürurusunuz. Sizin rəhbərliyinizlə Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır. Azərbaycanımızın daha qüdrətli, daha zəngin dövlətə çevrilməsi üçün uğurla davam etdirdiyiniz ali dövlət vəzifənizdə uğurlarınız bol, yolunuz hər zaman açıq olsun!

Allah Sizə uzun ömür, cansağlığı versin!

Hörmətlə,

Sübhan Ülfət oğlu Kərimli

Azərbaycan Respublikası, İmişli şəhəri.