Vəfa Tağıyevadan, Ağstafa, Azərbaycan
Hörmətli cənab prezident,
Prezident seçkilərində qalib olduğunuz üçün Sizi təbrik edirik. Qurduğunuz güclü ordu, yürütdüyünüz müdrik siyasət sayəsində əsarət altında qalan torpaqlarımızı azad etməyiniz böyük tarixi hadisədir.
Ərazi bütövlüyümüzün bərpası, üçrəngli bayrağımızın işğaldan azad olmuş ərazilərimizdə dalğalanması, məscidlərdən azan səsinin gəlməsi, Cıdır düzündə himnimizin səslənməsi, sərhədlərimizin azərbaycanlı əsgərlər tərəfindən qorunması, suverenliyimizin Qarabağ ərazisində tam bərpası bizi çox qürurlandırır.
7 fevralda keçirilmiş seçkilər Azərbaycan tarixində siyasi və tarixi mənada bir ilk oldu, respublikamızın hər bir guşəsində, eləcə də Qarabağda səsvermə keçirildi. Bu seçki Müzəffər Prezidentimizin Xalqının və dövlətinin sonsuz sevgisini qazandığını bir daha təsdiqlədi. Siz öz adınızı gördüyünüz işlərlə Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazdınız. Tariximizdə başlanan yeni dövrdə Sizə cansağlığı və uğurlar arzulayırıq.
Tanrı Sizi qorusun!
Hörmətlə,
Vəfa Tağıyeva,
Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru
və
məktəbin kollektivi
Azərbaycan Respublikası, Ağstafa rayonu.