17 fevral 2024, 17:05
Cəmil Əliyevdən, Krasnodar, Rusiya
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Biz Krasnodar diyarında yaşayan azərbaycanlılar səmimi qəlbdən seçkilərdə qazandığınız inamlı qələbənizi təbrik edir, fəaliyyətinizin yeni dövründə Sizə böyük güc, uğurlar və ali dövləti vəzifənizin icrasında nailiyyətlər arzulayırıq.
Azərbaycan xalqı bir daha Sizə etimad göstərdi, fəaliyyətinizə yüksək dəyər verdiyini nümayiş etdirdi.
Müdrik dövlət xadimi kimi Sizə Azərbaycanın hərtərəfli və davamlı inkişafına yönəlmiş qətiyyətli və yorulmaz fəaliyyətinizə görə təşəkkür edir, daha böyük uğurlar arzulayırıq.
Biz Sizə inanırıq və Sizinlə fəxr edirik.
Hörmətlə,
Əliyev Cəmil Paşa oğlu
Rusiya Federasiyası, Krasnodar diyarı