17 fevral 2024, 16:50
Rəşad Qasımovdan, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi inamlı qələbəniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Siz qalib, qəhrəman xalqın qalib, qəhrəman Prezidentisiniz. Xalqımız Sizinlə qürur duyur, Ulu Öndərin sözləri ilə desək, azərbaycanlı olmaqla fəxr edir.
Sizin ətrafınızda birləşən xalq və Ordu Qarabağımızı azad etdi. İndi də “Dəmir yumruğunuz” Vətənimizi qoruyur, düşmənləri qorxuya salır.
Allahdan Sizə cansağlığı, şərəfli fəaliyyətinizdə bol-bol uğurlar arzulayıram.
Allah Sizi qorusun.
Hörmətlə,
Qasımov Rəşad
Azərbaycan Respublikası, Tərtər rayonu, Evoğlu kəndi