17 fevral 2024, 16:34
Turan Məmmədəliyevadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi növbədənkənar prezident seçkilərində qələbəniz münasibətilə dövlət "Qaya" ansamblının üzvləri adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Xalqımızın rifahı naminə fəaliyyətinizi davam etdirəcəyinizə inanır və əminik.
İllərlə işğal olunan, talan edilən Vətən torpağına Zəfəri Sizin uzaqgörən siyasətiniz və düşünülmüş addımlarınızla qazanmışıq. Sizinlə fəxr edir və qürur duyuruq. Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməklə Siz ata vəsiyyətinizi gerçəkləşdirdiniz.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, gələcək quruculuq işlərinizdə uğurlar diləyirik.
Dərin hörmət və ehtiramla,
Turan Məmmədəliyeva, Dövlət “Qaya” Ansamblının direktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.