Elnur Səfərovdan, Füzuli, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin liderliyiniz altında Vətən müharibəsində qazanılan qələbə bizi qalib xalqa, Sizi isə qalib Liderə çevirdi. Bu qələbə, bizim birlik və güclənməyimizin bir siması, milli birliyimizin, səfərbərlik və dayanıqlılığımızın bir ifadəsi oldu. Sizin dövlətimizin və millətimizin maraqlarını qorumağa olan sədaqətinizin, bu yolda irəliləməyinizin nəticəsidir ki, qalib xalq yenidən Sizin uğurlu siyasətinizi dəstəkləyərək Sizi Prezident seçdi.
Sizin yenidən Prezident seçilməniz biz keçmiş məcburi köçkünləri xüsusilə qürurlandırır. Siz və rəhbərliyiniz altında müzəffər Ordumuz bizə uzun illər həsrətində olduğumuz torpaqlara yenidən qayıtmağı nəsib etdiniz. İnanıram ki, Sizin prezidentlik dövrünüzdə keçmiş məcburi köçkünlərin qayıdışları üçün apardığınız siyasət uğurla davam etdiriləcək və müstəqil ölkəmizin bütün sahələrdə inkişafı üçün yeni imkanlar yaradılacaqdır.
Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirəm. Sizinlə birlikdə daha güclü və daha etibarlı gələcək naminə Sizə bu çətin yolda uğurlar və ən önəmlisi cansağlığı, qalib xalqımıza isə sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Səfərov Elnur İbiş oğlu
Azərbaycan Respublikası, Füzuli şəhəri.