17 fevral 2024, 14:37

Ramil Qasımovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Yenidən xalqımızın Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə bundan sonrakı fəaliyyətinizdə də böyük uğurlar, möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Siz Azərbaycana rəhbərliyiniz dövründə idmana və idmançılara xüsusi diqqət və qayğı göstərmisiniz. Bunun sayəsində ölkə idmançıları saysız-hesabsız uğurlar əldə etmiş, mötəbər yarışlardan Vətənə medallarla dönmüşlər. İdman sahəsinin bir nümayəndəsi kimi deyə bilərəm ki, Sizin doğma Vətənimiz və xalqımız üçün etdikləriniz Azərbaycan idmançıları üçün hər zaman bir stimul olmuş, onları qələbədən-qələbəyə səsləmişdir.

Sizin rəhbəri oldğunuz dövlət üçün, doğma Vətən üçün mübarizə aparmaq, bayrağımızı ucaltmaq bizə şərəfdir.

Zəfərlərimiz bol olsun, cənab Prezident!

Hörmətlə,

Ramil Qasımov,

XV Yay Paralimpiya Oyunlarının qalibi, “Şöhrət” ordenli

Azərbaycan Respublikası, Gəncə şəhəri.