17 fevral 2024, 14:00

İlqar Orucovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkilərində qazandığınız inamlı, parlaq və möhtəşəm qələbə münasibətilə gənc alim və tədqiqatçılar adından səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası 20 il ərzində bütün sahələrdə tarixi qələbələrə imza atmış, dövlətimizin ərazi bütövlüyü təmin edilmiş, xalqımızın arzuları gerçəkləşmişdir. Müdrik xalqımız ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiqliyini nümayiş etdirərək onun müəyyənləşdirdiyi siyasi kursa arxalanmışdır. Bu inam, sadiqlik və müdriklik xalq-prezident birliyini şərtləndirərək tarixi qələbələrimizi təmin etmişdir.

Zəfər seçkisi kimi tariximizin şanlı səhifəsində yer alacaq bu ilki 7 fevral seçkilərində Azərbaycan xalqı ona misilsiz qələbələr qazandırmış, torpaqlarımızın 30 illik işğalına son qoymuş, şanlı üçrəngli bayrağımızı Şuşada, Xankəndidə və bütün torpaqlarımızda ucaldan Müzəffər Ali Baş Komandanına, alternativsiz siyasi Liderinə növbəti etimadını nümayiş etdirdi.

Əminəm ki, Sizin rəhbərliyinizlə xalqımızı qarşıda daha gözəl günlər, firavan sabahlar, bölgəmizi sülh dolu gələcək gözləyir.

Möhtərəm Prezident, Zati-aliləri, Sizin ünvanınıza səsləndirilən bütün səmimi təbriklərə böyük məmnuniyyətlə qoşulur, Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin ehtiramla,

Orucov İlqar, “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər” Cəmiyyətinin sədri, fəlsəfə doktoru

Azərbaycan Respublikası, Bakı şəhəri