17 fevral 2024, 13:30

Elnur Abdullayevdən, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

2024-cü ilin fevralın 7-də keçirilmiş prezident seçkiləri iik dəfə idi ki, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunması baxımından əvvəlki seçkilərdən fərqlənirdi. Xalqımız həmişə olduğu kimi Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini ifadə edərək onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan və ləyaqətli Prezident olaraq Sizə bir daha etimadını göstərdi. Xalqımız Sizi nə qədər dəstəklədiyini, nə qədər güvənərək yanınızda olduğunu bu seçki prosesində layiqincə bütün dünyaya nümayiş etdirdi.

Bu gün ölkə vətəndaşları Sizin iqtisadi, sosial sabitlik və beynəlxalq münasibətlər baxımından əvvəlki illərdə əldə etdiyiniz mühüm nailiyyətlərinizi müsbət qiymətləndirir.

Cənab Prezident, Sizi növbədənkənar prezident seçkilərində möhtəşəm qələbəniz münasibətilə ailəmiz adından ürəkdən təbrik edirəm.

Ölkəmizin müsbət inkişafının gücləndirilməsinə yönəlmiş, olduqca çətin və məsuliyyətli planların, təşəbbüslərin həyata keçirilməsində Sizə böyük uğurlar arzulayıram. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da beynəlxalq aləmdə öz layiqli yerini tutacaq və dünyaya günəş kimi doğacaqdır.

Hörmətlə,

Elnur Abdullayev.

Azərbaycan Respublikası, Şəki şəhəri.