17 fevral 2024, 12:57

Rəfayıl Eyvazovdan, Sumqayıt, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Möhtərəm cənab Prezident!

Siz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yolunu layiqincə davam etdirərək ölkə həyatının bütün sahələrində dərin dəyişikliklər aparmış, ictimai-siyasi sabitliyi, respublikanın qarşıdakı illər üçün dinamik və mütərəqqi inkişafını təmin etmisiniz.

Sizi bütün dünyada görkəmli siyasi Lider və diplomat, müdrik, uzaqgörən və vətənpərvər dövlət xadimi kimi tanıyırlar. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, ölkəmizdə xalqın rifahının durmadan yüksəldilməsinə yönəldilmiş mühüm dəyişikliklər həyata keçirilir. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq arenada nüfuzu günü-gündən daha da artır.

Xalq Sizin çoxşaxəli və yorulmaz fəaliyyətinizi yüksək qiymətləndirir. Ona görə də növbədənkənar prezident seçkilərində böyük ruh yüksəkliyi ilə səs verərək, Sizi yenidən dövlət başçısı seçdi. Bu bizim parlaq gələcəyimizin təminatıdır.

Əziz Əliyev adına Sumqayıt Tibb Kollecinin pedaqoji kollektivi adından Sizi bu ali vəzifəyə yenidən seçilməyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı və rifah, fəaliyyətinizdə daha böyük uğurlar diləyirik.

Dərin hörmət və ehtiramla,

Rəfayıl Eyvazov, tibb elmləri doktoru, Əməkdar həkim

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.