Rufiz Qonaqovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ölkəmizin daha da qüdrətlənməsi naminə qətiyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm!
Seçkilərdəki parlaq qələbəniz Zəfər tariximizin ən yeni səhifəsidir. Bu gün biz Sizin yeni memarı olduğunuz, suveren ərazilərini qətiyyətinizlə bərpa edən güclü Azərbaycan dövlətinin qalib vətəndaşlarıyıq. Bütün bu böyük miqyaslı uğurların müəllifi məhz Sizsiniz, cənab Prezident. Biz Sizinlə qürür duyur, sonsuz fəxr edirik!
Bir həqiqətdir ki, artıq Sizin yeni çağırışlara cavab verən siyasi kursunuzla Azərbaycanın yeni tarixi dövrü - ümummilli etimadın növbəti mərhələsi başlayır.
Cənab Prezident!
Sizi seçkilərində növbəti inamlı qələbəniz münasibəti ilə bir daha səmimi- qəlbdən təbrik edir, ölkəmizin daha da güclənməsi və xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.
Böyük hörmət və ehtiramla,
Rufiz Qonaqov,
Perspektiv Siyasətin Texnologiyaları İctimai Birliyinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.