17 fevral 2024, 11:59
Qələmhüseyn Cahangirovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı, dövlətimiz tərəfindən həyata keçirilən sosial tədbirlər hər zaman bizi sevindirir. Mənim oğlum Qarabağda antiterror əməliyyatları zamanı şəhid olmuşdur. Mən bir şəhid atası kimi bildirmək istəyirəm ki, ailəmiz hər zaman Sizin siyasətinizi dəstəkləyib və gələcəkdə də dəstəkləyəcəkdir.
Fevralın 7-də keçirilən prezident seçkilərində qələbə qazanmağınız münasibətilə Sizi təbrik edirəm.
Sizin sayənizdə Azərbaycanın növbəti illərdə də böyük uğurlar əldə edəcəyinə tam qəlbimizlə inanırıq.
Hörmətlə,
Cahangirov Qələmhüseyn,
şəhid atası
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.