17 fevral 2024, 10:28
Fəridə Yahyayevadan, Şirvan, Azərbaycan
Möhtərəm cənab Prezident!
Siz ölkəmizə rəhbərlik etdiyiniz bütün bu illər ərzində Azərbaycan xalqının inam, etibar və dərin sevgisini qazanmısınız. Elə buna görə də prezident seçkilərində xalqımızın mütləq əksəriyyəti öz səsini məhz Sizə verdi, gələcəyini ürəklə Sizə etibar etdi.
Sizi növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə ürəkdən təbrik edirik.
Möhtərəm Prezident, xalqımız hər zaman Sizin siyasi addımlarınızı ürəkdən dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzu edirik.
Hörmət və ehtiramla,
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları adından,
Fəridə Yahyayeva
Azərbaycan Respublikası, Şirvan şəhəri.