17 fevral 2024, 09:57

Şahnaz Haşımovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən Xalqımızın Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirik. Seçkilərdə qazandığınız inamlı qələbə millətimiz tərəfindən Sizin misilsiz xidmətlərinizə verilən dəyərdir, qiymətdir. Siz adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdınız.

Cənab Prezident, bundan sonrakı fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, uzun ömür arzu edirik. Sizinlə fəxr edir, qürur duyuruq. Qalib Xalqımızın Qalib Lideri!

Ulu Tanrı Sizi və Xalqımızı qorusun!

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Şahnaz Haşımova, Azərbaycan Respublikasının Xalq artisti.

Azərbaycan Respublikası, Gəncə şəhəri.