Bədrəddin Quliyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Böyük qürur, fəxarət və sevinc hissi ilə Sizi seçkilərdə növbəti inamlı qələbəniz, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Xalq etimadının təsdiqi olan bu qələbəniz hər bir ölkə vətəndaşının sevgisini bir daha əyani şəkildə göstərdi.
Azərbaycan xalqının Sizə göstərdiyi qeyd-şərtsiz dəstəyi və etimadı hər bir ölkə vətəndaşının rifahının yüksəldilməsi naminə mühüm qərarlar qəbul edən liderlik qabiliyyətinizə inamın ifadəsidir.
Ümummilli Liderin layiqli davamçısı olaraq Siz xalqımızın, dövlətimizin, Azərbaycanımızın tarixi nailiyyətlər qazanmasında misilsiz rol oynadınız. Otuz illik həsrətdən sonra Sizin rəhbərliyiniz altında işğaldan azad olunmuş torpaqlarda, suverenliyi bərpa olunmuş bütöv Azərbaycanda prezident seçkilərinin keçirilməsi labüd idi.
Qalib xalq bir daha öz qalıb liderinə etimad göstərərək xalq-dövlət birliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi.
Əminik ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha da güclənəcək, çiçəklənəcək, xalqımız ətrafınızda daha sıx birləşəcək. İnanırıq ki, Siz bundan sonra da ədalət uğrunda mübarizənizi davam etdirəcək, iqtisadi vəziyyətin daha da yaxşılaşdırılması, infrastrukturun inkişafı və bütün vətəndaşların rifahı və firavanlığı üçün çalışacaqsınız.
Sizə hərtərəfli fəaliyyətinizdə uğurlar, əzmkarlıq və məqsədlərinizə çatmaqda qətiyyət arzulayırıq. Əminik ki, Sizin liderliyiniz hamı üçün ilham mənbəyi olacaq və Vətənimizi daha qüdrətli ölkəyə çevirməyə xidmət edəcək.
Ən xoş arzularla,
Bədrəddin Quliyev
Azərbaycan Respublikası, Bakı şəhəri.