17 fevral 2024, 09:27

Elgün Lətifovdan, Sankt-Peterburq, Rusiya

Hörmətli cənab Prezident,

Sizi Azərbaycan Respublikasının bütün ərazilərində keçirilən prezident seçkilərində qazandığınız möhtəşəm qələbə münasibətilə təbrik edirəm.

Rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu məhz Sizin sayənizdədir.

Sizin rəhbərliyinizlə Azərbaycan beynəlxalq aləmdə daha güclü və çiçəklənən dövlətə çevrilir.

Bu yolda Sizə daha böyük uğurlar arzulayıram. Allah yolunuzu açıq etsin.

Hörmətlə,

Lətifov Elgün Fikrət oğlu

Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri