Vüqar Orucdan, Bakı, Azərbaycan
Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin üzvləti adından Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməniz münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram.
Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, eləcə də Azərbaycanın gələcək sosial-iqtisadi inkişafına yönəlmiş kursunuzun xalq tərəfindən dəstəkləndiyini tam təsdiqlədi. Siz mükəmməl istedadınız sayəsində əsl Lider kimi Azərbaycanın səmərəli iqtisadi inkişaf modelini həyata keçirməyə, dövlətin beynəlxalq aləmdə nüfuzunu gücləndirməyə nail oldunuz.
Sizin hakimiyyətdə olduğunuz illər ərzində ölkə sürətli tərəqqiyə nail olub, mütərəqqi görkəm alıb və bununla da təkcə Xəzər regionunun deyil, bütün türk dünyasının sabitliyinin qorunub saxlanmasına və inkişafına mühüm töhfə verir. Əminik ki, Azərbaycan Sizin rəhbərliyinizlə dövlət quruculuğunun bütün sahələrində yeni uğurlar qazanacaqdır.
Sizə səmimi qəlbdən ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıram.
Hörmətlə,
Vüqar Oruc, Türk Dövlətləri Qiymətləndiricilər Birliyi prezidentinin səlahiyyətlərinin icraçısı
Azərbaycan Respublikası, Bakı şəhəri