16 fevral 2024, 18:53
Ədalət Məhərrəmovdan, Bakı, Azərbaycan
Salam, cənab Ali Baş Komandan, hörmətli Prezident,
Mən, Qarabağ müharibəsi qazisiyəm.
Fevralın 7-də keçirilən prezident seçkilərində qələbəniz münasibətilə Sizi həm öz ailəm, həm də Azərbaycanın Milli Qəhrəmanı şəhid Asif Məhərrəmovun ailəsi adından təbrik edirəm. Prezident seçkilərinin demokratik, şəffaf, bir sözlə çox nümunəvi keçirilməsi, xalqın istəyi və böyük səs çoxluğu ilə bu seçkilərin qalibi olmağınız bizi çox sevindirir.
Xalqın Sizə inamı və güvəni sonsuzdur, cənab Prezident.
Ümid edirik ki, Sizin rəhbərliyiniz altında Azərbaycan bundan da güclü olacaqdır. Sizə və Azərbaycan xalqına uğurlar arzu edirəm.
Hörmətlə,
Ədalət Məhərrəmov,
Qarabağ müharibəsi qazisi
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.