16 fevral 2024, 16:40

Hətəm Əsgərovdan, Tərtər, Azərbaycan

Cənab Ali Baş Komandan!

Sizi yenidən Prezident seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Oğul, mən ahıl yaşlı insanam, dünyanın hər üzünü görmüşəm. Siz Ulu Öndərin adına layiq, Ata vəsiyyətini yerinə yetirən yaxşı bir Oğulsunuz. Xalqımıza elə bir sevinc bəxş edib, elə bir tarix yazmısınız ki, əsrlər keçsə də bu qələbə, bu sevinc unudulmayacaq.

Sizi bütün Azərbaycan xalqı sevir. Sizə olan hörmət və ehtiramdan bu yaşda şəxsən özüm gedib seçki məntəqəsinə Sizə səs verdim. İnsanların seçkiyə hansı əhval-ruhiyə ilə getməyini öz gözlərimlə gördüm və sevindim. Sevindim ki, insanlar düzgün seçim ediblər.

Ulu Öndərin yadigarı cənab İlham Əliyev, bir daha Sizi təbrik edir, bir ağsaqqal kimi Sizə xeyir-dua verirəm.

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Əsgərov Hətəm Kərim oğlu

Azərbaycan Respublikası, Tərtər rayonu, Kəngərli kəndi.