Səidə Haqverdidən (Fagala), Hyuston, ABŞ
Hörmətli cənab Prezident,
Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçirilməsi tarixi hadisədir. Azərbaycan xalqı ilk dəfə olaraq ərazi bütövlüyünü tam bərpa etmiş Qalib ölkənin Prezidentini seçdi.
Çünki 30 ilə yaxın həsrətini çəkdiyimiz torpaqlarımızın işğaldan azad edilməsi məhz Sizin güclü siyasi iradənizin və gərgin əməyinizin nəticəsidir. Siz dövlətçilik prinsiplərini əsas tutaraq Azərbaycanın haqq səsini beynəlxalq tribunalarda səsləndirirsiniz.
Mən uzun illərdir ki, atam Həsən Haqverdinin yolu ilə gedərək rəssam kimi xaricdə tədbir və sərgilər keçirməklə ölkəmizi təbliğ edirəm.
Cənab Prezident, Sizin yorulmaz fəaliyyətiniz sayəsində Azərbaycan dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanmışdır. Sizin daxili və xarici siyasətinizə xaricdəki azərbaycanlılar da böyük qürur hissi ilə dəstək verirlər. Biz hər zaman dövlətimizin, Prezidentimizin yanında olacağıq. Azərbaycan dövlətinə və xalqına yorulmaz xidmətlərinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Ailə üzvlərimiz və şəxsən öz adımdan 7 fevral prezident seçkilərində qazandığınız mütləq qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə bütün işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Səidə Haqverdi (Fagala), keramika rəssamı, “The Post Oak School”un müəllimi.
ABŞ, Hyuston şəhəri.