Elsevər Məmmədovdan, Rotterdam, Niderland
Hörmətli cənab Prezident,
Bu gün hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı Şanlı Qarabağ Zəfərinin sevincini yaşayır, haqlı olaraq qürur hissi keçirir. Azərbaycanın çoxəsrlik tarixində heç vaxt buna bənzər qələbə olmayıb. Xalqımız Sizin kimi prezidenti olmağı ilə fəxr edir, ona qələbə sevinci yaşadan, başucalığı gətirən Liderinə böyük dəstək verir. Ölkəmizdə keçirilən prezident seçkiləri bir daha bunu göstərdi.
2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçilməyiniz, xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən ən böyük dəyərdir. Azərbaycan xalqı səsini Sizə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini bir daha nümayiş etdirdi.
Cənab Prezident, seçkilərdə qazandığınız uğurlu qələbə xəbərini Avropada yaşayan bütün azərbaycanlı soydaşlarımızla birlikdə sevinc hissləri ilə qarşıladıq. Sizi səmimiyyətlə təbrik edir, ölkəmizin daha da güclənməsi naminə fəaliyyətinizdə uğurlar diləyirik.
Dərin hörmətlə,
Elsevər Məmmədov,
Beniluks Azərbaycanlıları Konqresinin sədri.
Niderland Krallığı, Rotterdam şəhəri.