Elçin Muxtarovdan, Toronto, Kanada
Hörmətli cənab Prezident,
2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Ölkəmizin qazandığı tarixi nailiyyətlər Sizin adınızla bağlıdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi qarşımızda ən ümdə vəzifə kimi duran ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını reallaşdırdınız.
Yüksək komandanlığınızla rəşadətli ordumuzun igid oğullarının şücaəti və qəhrəmanlığı sayəsində ilk dəfə olaraq seçkilər bütöv Azərbaycan Respublikasında keçirildi. Bütün bunlar xaricdə yaşayan bir azərbaycanlı kimi məni də qürurlandırır və fərəhləndirir.
Cənab Prezident, Kanadada fəaliyyət göstərən Azərbaycan diasporu olaraq Sizə möhkəm cansağlığı, ölkəmizin inkişafı və tərəqqisi, xalqımızın rifahı naminə şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Elçin Muxtarov, diaspor üzvü.
Kanada, Toronto.