16 fevral 2024, 10:48
Hamlet İsaxanlıdan, Bakı, Azərbaycan
Cənab Prezident!
Xalqın böyük dəstəyi və səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Xəzər Universitetinin tələbə, müəllim və əməkdaşları adından təbrik edirəm.
Bu günə qədər Azərbaycanımızın inkişafı üçün gördüyünüz işlər qarşıda daha böyük işlər görəcəyinizə və daha böyük uğurlar qazanacağınıza böyük əminlik hissi yaradır.
Azərbaycan Respublikasının Prezidenti kimi şərəfli olduğu qədər də ağır və məsuliyyətli vəzifədə ölkəmizin çiçəklənməsi yolunda Sizə müvəffəqiyyətlər arzulayırıq.
Dərin hörmətlə,
Hamlet İsaxanlı,
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri, professor
Azərbaycan Respublikası, Bakı şəhəri.