Elbrus İsayevdən, Naxçıvan, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi Xalqımızın yüksək fəallıqla iştirak etdiyi prezident seçkilərində parlaq qələbəniz münasibətilə Naxçıvan Dövlət Universitetinin çoxminli kollektivi adından ürəkdən təbrik edirəm.
Birmənalı olaraq bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bununla yanaşı, bu nəticə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir.
Müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq bütün suveren Azərbaycanda, habelə işğaldan azad edilmiş şəhər və rayonlarımızda keçirilən növbədənkənar prezident seçkiləri soydaşlarımızın illərlə həsrətində olduqları ən böyük arzularından biri idi. Sizin rəhbərliyiniz ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsi və bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində işğaldan azad edilən torpaqlarımızda hazırda böyük quruculuq işləri həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərimiz öz doğma ata-baba yurdlarına qayıdırlar. Bu gün xalqımız fəxr edir ki, müstəqilliyimizi və suverenliyimizi təcəssüm etdirən Şanlı Dövlət Bayrağımız Sizin sayənizdə işğaldan azad edilən torpaqlarımızda qürurla dalğalanır.
Cənab Prezident, Naxçıvan Dövlət Universitetinin yaranması, formalaşması və mövcudluğu zamanın dahisi Heydər Əliyevin birbaşa adı ilə bağlıdır. Azərbaycan elminin böyük hamisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müxtəlif vaxtlarda- 1974, 1992-ci ildə iki dəfə, 1999-cu illərdə, ümumilikdə 4 dəfə Naxçıvan Dövlət Universitetində olub, Muxtar Respublikada ali təhsilin inkişafını daim diqqətdə saxlayıb.
Bu gün isə Sizin yüksək diqqət və qayğınız sayəsində Muxtar Respublikamızın çoxşaxəli həyatının bütün sahələrində olduğu kimi, elm və təhsilin inkişafı sahəsində də zəngin maarifçilik ənənələrinə malik qədim Naxçıvan diyarında qabaqcıl dünya standartlarına cavab verən Naxçıvan Dövlət Universiteti qurulmuşdur.
Möhtərəm cənab Prezident, Xalqın Sizə olan yüksək inam və etibarı sayəsində qazandığınız möhtəşəm qələbə münasibətilə bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz enerji, ölkəmizin hərtərəfli yüksəlişi, xalqımızın firavanlığı, əmin-amanlığı naminə yeni missiyanızda uğurlar arzulayıram.
Dərin ehtiram və ən xoş arzularla,
Elbrus İsayev,
Naxçıvan Dövlət Universitetinin rektoru.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri.