16 fevral 2024, 13:36

Sahibə Əzimova və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi kəndimizin sakinləri adından növbədənkənar prezident seçkilərində mütləq səs çoxluğu ilə qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirik. Otuz bir il sonra Azərbaycan xalqı möhtəşəm tarixi seçkilərdə iştirak etdi və Qalib Xalq olaraq Qalib Prezidentini seçdi.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, Vətənimizin tərəqqisi naminə işlərinizdə müvəffəqiyyətlər, yeni-yeni qələbələr arzulayırıq.

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Tərtər rayonunun Qaradağlı kənd sakinləri:

Sahibə Əzimova

S.İsmayılova

Ç.Zeynalova

K.Göyüşova

S.Əliyeva və başqaları

Azərbaycan Respublikası, Tərtər rayonu, Qaradağlı kəndi.