16 fevral 2024, 13:05
Teyyub Qənioğludan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!
Sizə müstəqilliyinə, süverenliyinə misilsiz töhvə verdiyiniz doğma Azərbaycanımızın tərəqqisi, daha da güclənməsi və inkişaf etməsi istiqamətində fəaliyyətinizdə yeni uğurlar, bol-bol müvəffəqiyyətlər arzu edirəm!
İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycanımız daha da inkişaf edəcək və yeni zirvələrə yüksələcəkdir!
Sizi bir daha təbrik edir, şərəfli vəzifənizdə uğurlar arzu edirəm!
Hörmətlə,
Teyyub Qənioğlu, siyasi şərhçi
Azərbaycan Respublikası, Bakı şəhəri