16 fevral 2024, 12:19

Gültəkin Novruzovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qələbə qazanmağınız münasibətilə Sizi təbrik edirik. Hər bir azərbaycanlı dərk edir ki, Sizə səs verməklə, öz parlaq gələcəyinə səs verdi.

Sizin rəhbərliyinizlə həyata keçirilən islahatların, görülən işlərin nəticələri öz bəhrəsini verir. Bu nailiyyətlərə yalnız Azərbaycan xalqı yox, bütün dünya şahiddir. Azərbaycanın əldə etdiyi bütün uğurlar Sizin illərdən bəri yürütdüyünüz müdrik və qətiyyətli siyasətinizin nəticəsidir.

Xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə Sizə cansağlığı, yeni-yeni uğurlar arzulayıram. Sizi çox sevirik, daim dəstəkləyirik və hər zaman Sizə güvənirik!

Hörmətlə,

Gültəkin Əliabbas qızı Novruzova

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.