16 fevral 2024, 12:04

Sübut Əsədovdan, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Möhtərəm cənab Prezident!

Müasir müstəqil Azərbaycanda əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənəsi Sizin tərəfinizdən uğurla davam və inkişaf etdirilir. Əminliklə deyə bilərəm ki, Sizin müdrik daxili və xarici siyasətiniz, məqsədyönlü, habelə gələcəyə yönəlmiş ali dövlətçilik fəaliyyətiniz ölkəmizin regional liderliyini bərqərar etmiş, həmçinin beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməsinə səbəb olmuşdur.

Ermənistan - Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həlli istiqamətində göstərdiyiniz yorulmaz fəaliyyətiniz və prinsipial mövqeyiniz öz məntiqi nəticəsinə çatdı. İşğal edilmiş torpaqlarımız 44 günlük müharibə ilə düşmən tapdağından azad edildi. Azad olunmuş torpaqlarımıza - gözəl Qarabağımıza həyat qayıdır. Sizin rəhbərliyiniz altında işğaldan azad edilmiş şəhərlər, qəsəbələr və kəndlər çox sürətli və gözəl şəkildə bərpa edilir, infrasturktur yenilənir, yerlərdə yeni uşaq bağçaları, orta ümumtəhsil və ali məktəblər tikilir. 

Zati-aliləri! Bu xoş fürsətdən istifadə edərək növbədənkənar prezident seçkilərində əldə etdiyiniz qələbə münasibətilə öz adımdan və Bakı şəhəri Nizami rayonu təhsil müəssisələrində çalışan təhsil işçiləri adından ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul etməyinizi Sizdən rica edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, ali dövlətçilik siyasəti ilə idarə etdiyiniz doğma Azərbaycanımızın inkişafına və xalqımızın tərəqqisinə yönəlmiş şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

Əsədov Sübut Həsən oğlu,

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami rayon komitəsinin sədri

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.