16 fevral 2024, 11:47

Telman Əliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasında keçirilmiş prezident seçkilərində qələbəniz münasibətilə Caspian Energy Clubu adından ən səmimi təbriklərimi çatdırıram. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da tərəqqi və uğur qazanacaqdır.

Sizin tərəfinizdən yaradılan əlverişli şərait sayəsində Azərbaycan biznesi beynəlxalq brendlərlə rəqabət apara bilir. Bu gün biz sistematik olaraq Azərbaycan şirkətlərinin ölkənin hüdudlarından kənarda da müxtəlif tenderlərdə qələbələrinin şahidi oluruq ki, nəticədə bu şirkətlər həm dövlət, həm də özəl sektor üçün məhsul və xidmətlərin təchizatçısına çevrilirlər. Bu proseslər öz növbəsində Sizin neft kapitalının insan kapitalına çevrilməsi strategiyanızın bariz nümunəsidir.

Bu seçkilər öz ərazi bütövlüyünü bərpa etmiş müstəqil Azərbaycan üçün əhəmiyyətli rola malikdir. Bu qələbə Sizin rəhbərliyiniz altında uğurlu islahatların davamı üçün güclü bünövrə yaratdı.

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edir, Sizə uzun ömür, cansağlığı və doğma Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Telman Əliyev, Caspian Energy Clubun sədri və qrupun Baş icraçı direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri