16 fevral 2024, 11:32
Rəxşəndə Bayramovadan, Quba, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Prezident seçkilərində qələbə qazanmağınız münasibətilə Sizi təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.
Siz doğma Qarabağda 30 illik işğala son qoyaraq tarixi ədaləti bərpa edən qalib xalqın qalib Lideri kimi Azərbaycan tarixinə adınızı əbədi yazdırmısınız.
Azərbaycan xalqı Sizinlədir, Sizə inanır. Quba Soyqırımı Memorial Kompleksinin kollektivi olaraq əminik ki, növbəti prezidentlik dönəmində dünya liderlərinə örnək olan fəaliyyətiniz sayəsində Odlar Yurdu daha da çiçəklənəcəkdir.
Hörmətlə,
Rəxşəndə Bayramova
Azərbaycan Respublikası, Quba şəhəri.