16 fevral 2024, 14:21

Kəmalə Şiriyevadan, Ontario, Kanada

Hörmətli cənab Prezident,

2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Uzaqgörən siyasətiniz və düşünülmüş addımlarınız sayəsində xalqımızın Qarabağ həsrətinə son qoyuldu. Sizin rəhbərliyinizlə qazanılan möhtəşəm Qələbə həmvətənlərimizə sevinc və qürur hissi bəxş etdi. Namizədliyinizin yüksək səs göstəricisi ilə dəstəklənməsi ölkə naminə etdiyiniz misilsiz xidmətlərə Azərbaycan xalqının verdiyi qiymətdir.

Siz Azərbaycanı dünyada güclü mövqeyi olan dövlətlərdən biri etdiniz. Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, prezidentlik fəaliyyətinizin yeni dövründə Sizə uğurlar arzulayıram. İnanıram ki, Sizin liderliyiniz sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik qorunacaq və bizim beynəlxalq müstəvidə nüfuzlu mövqeyimiz daimi olacaqdır. Azərbaycandan uzaqda yaşasaq da biz azərbaycanlılar Sizinlə qürur duyuruq.

Yaşasın bütöv Azərbaycan!

Hörmətlə,

Kəmalə Şiriyeva,

Kanada Azərbaycan-Türk Assosiasiyanın sədri.

Kanada, Ontario əyaləti.