16 fevral 2024, 14:06

İsa Həmzəzadədən, Lids, Böyük Britaniya

Hörmətli cənab Prezident,

Növbədənkənar prezident seçkilərində əldə etdiyiniz üstün qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu qələbə xalqın Sizə olan etimadının bariz nümunəsidir.

Azərbaycanın inkişafı istiqamətində atdığınız addımlarda Siz hər zaman qətiyyət nümayiş etdirmisiniz.

Sizin müdrik idarəçiliyiniz sayəsində Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıtdı. Şanlı Zəfərimiz dünya azərbaycanlılarının qəlbində sevinc və qürur hissi oyatdı. Bunun nəticəsidir ki, Azərbaycan xalqı növbədənkənar prezident seçkilərində Müzəffər Ali Baş Komandanın-Sizin namizdəliyinizi inamlı şəkildə dəstəklədi. Çox şadam ki, Qalib Xalqımız öz Qalib Liderini seçdi və bu seçim ilə Azərbaycan yeni inkişaf yoluna qədəm qoyur.

Cənab Prezident, Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayır və bu uğurların ölkəmizin davamlı inkişafına xidmət edəcəyinə əminliyimi bildirirəm.

Yaşasın Azərbaycan!

Hörmətlə,

İsa Həmzəzadə,

“Yorkshire” Azər-Türk Assosiasiyasının (ATAY) sədri.

Böyük Britaniya, Lids şəhəri.