16 fevral 2024, 10:08
Füzuli Qənbərovdan, Poltava, Ukrayna
Hörmətli cənab Prezident,
“Poltava vilayətində Ukrayna Azərbaycanlıları Şurası” İctimai Təşkilatının sədri və Poltava vilayətində azərbaycanlıların diasporu adından növbədənkənar prezident seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə Sizi təbrik edirəm.
Səsvermənin nəticələri Azərbaycan xalqının Sizə olan sevgisini və sədaqətini təsdiq etdi.
Cənab Prezident, Sizin sayənizdə bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurlu dövrünü yaşayır. Mən Qalib Xalqın nümayəndəsi olduğum üçün çox xoşbəxtəm. Biz Qalib dövlətin vətəndaşlarıyıq.
Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq.
Hörmətlə,
Füzuli Qənbərov,
“Poltava vilayətində Ukrayna Azərbaycanlıları Şurası" İctimai Təşkilatının sədri.
Ukrayna, Poltava vilayəti.