16 fevral 2024, 09:40

Zöhrab Babuşovdan, Moskva, Rusiya

Hörmətli cənab Prezident,

Sizi işğal üzərindəki möhtəşəm zəfərə, 2024-cü il fevralın 7-də keçirilən seçkilərdəki inamlı qələbənizə, öz xalqının, eləcə də ölkənin hüdudlarının kənarda yaşayan milyonlarla insanın qəlbini fəth etdiyinizə görə ürəkdən təbrik edirəm.

Mən Rusiyada yaşayıram, amma Azərbaycanla nəfəs alıram, ürəyim Vətənlə döyünür. Sizinlə isə qürur duyuram. Siz hər zaman mənim fəxrimsiniz.

Allah Sizə uzun ömür, cansağlığı versin. Azərbaycanın çiçəklənməsi naminə Sizə şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Babuşov Zöhrab Ələddin oğlu

Rusiya Federasiyası, Moskva şəhəri