Fərid Əzizovdan, Zalsburq, Avstriya
Hörmətli cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Sizi, Avstriya Respublikasında yaşayan azərbaycanlılar adından ürəkdən salamlayır və fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qazandığınız qələbə münasibətilə böyük fəxr hissi ilə səmimi-qəlbdən təbrik edirəm.
Cənab Prezident, bu gün qürur hissi ilə deyirik ki, Azərbaycanın hər qarış torpağında xalqımız səs verdi, qalib Liderini dəstəklədi.
Dünyada yaşayan əlli milyondan çox azərbaycanlını müzəffər Lider olaraq Sizin atdığınız hər bir addım sevindirir, ruhlandırır. Əminliklə deyə bilərik ki, Azərbaycan bundan sonra daha da qüdrətlənəcək, güclənəcək. Biz Avstriyada yaşayan azərbaycanlılar olaraq buna bütün qəlbimizlə inanırıq, çünki bu gün bütün dünya Sizin həm cəbhədə, həm də siyasi arenada qazandığınız misilsiz qələbələrdən danışır. Qələbə Sizə və xalqımıza çox yaraşır.
Möhtərəm Prezident, Sizə ali vəzifənizdə müvəffəqiyyətlər, tükənməz güc-qüvvət, möhkəm cansağlığı, xalqımıza isə sülh və əmin-amanlıq arzulayırıq.
Hörmətlə,
Fərid Əzizov
Avstriya Azərbaycanlıları Cəmiyyəti və Zalsburq Azərbaycan Evinin rəhbəri,
Kempo-Karate idman növü üzrə 6 qat Dünya və Avropa çempionu
Avstriya Respublikası, Zalsburq şəhəri.