15 fevral 2024, 17:27
Səfər Qaraqoyunludan, İstanbul, Türkiyə
Hörmətli cənab Prezident,
Növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirik. Azərbaycanın Qafqazın parlayan ulduzuna çevrilməsində Sizin nailiyyətləriniz təqdirəlayiqdir.
Bölgədə sabitliyin və etimadın qorunub saxlanması üçün Sizin yenidən Prezident seçilməyiniz Türkiyədə və Türk Dünyasında böyük sevinclə qarşılanmışdır.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Səfər Qaraqoyunlu,
Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin sədri.
Türkiyə Respublikası, İstanbul şəhəri.