Rəhmətulla Babayevdən, Malqabek, Rusiya
Xalqının qəhrəman Prezidenti!
Sizin rəhbərliyiniz dövründə Azərbaycan Respublikası beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə sadiqliyini qorumaq, ölkənin ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində əzmkar mövqe nümayiş etdirmiş və buna nail olmuşdur.
Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi şəkildə irəliləmiş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq nüfuza sahib olmuşdur.
Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür.
Möhtərəm Prezidentimiz, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirik.
Rəhmətulla Babayev,
İnquşetiya Azərbaycanlıları Şuşa Regional Milli-Mədəni Mərkəzinin fəxri prezidenti
Rusiya Federasiyası, İnquşetiya Respublikası, Malqabek şəhəri.