15 fevral 2024, 16:25

Çexiya Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri Azər Kərimovdan

Hörmətli cənab Prezident,

Növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.

Azərbaycan xalqının rifahının, xoşbəxt gələcəyinin təmin olunması, torpaqlarımızın işğaldan azad olunması, dünya ölkələri arasında nüfuzunun artması, siyasi sabitliyin qorunub saxlanması Sizin apardığınız müdrik, düşünülmüş daxili və xarici siyasətin nəticəsidir.

Cənab Prezident, xaricdə yaşayan dünya azərbaycanlıları kimi biz də Sizin siyasətinizi dəstəkləyir, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlimizdən gələni edirik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, sağlam həyat, ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Azər Kərimov, professor

Çexiya Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri.

Çex Respublikası.