15 fevral 2024, 16:10

Ülviyyə Yusifovadan, Los-Anceles, ABŞ

Hörmətli cənab Prezident,

Sizi prezident seçkilərindəki möhtəşəm qələbəniz münasibətilə təbrik edir, yeni dönəmdə Azərbaycan naminə görəcəyiniz bütün işlərinizdə Sizə bol-bol uğurlar arzulayıram.

Biz – xaricdə yaşayan azərbaycanlılar Sizinlə və doğma Vətənimizlə qürur duyuruq. Hər birimiz öz sahəmizdə Azərbaycan adını ucaltmağa, öz milli və mədəni dəyərlərimizi təbliğ etməyə çalışırıq.

Siz Qarabağ torpaqlarımızı işğaldan azad etməklə bizi dünyaya qalib xalq olaraq tanıtdınız.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Ülviyyə Yusifova

Amerika Birləşmiş Ştatları, Los-Anceles şəhəri.