15 fevral 2024, 15:45

Tahir Xudiyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi 2024-ci il fevralın 7-də keçirilən Prezident seçkilərində tarixi qələbəniz münasibəti ilə Ümummilli lider Heydər Əliyev ideyalarının dəstəkçisi olan "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi, "Əlillər Dünyası" qəzeti və "Türk Dünyası Turan Düşüncə Mərkəzi" İctimai Birliyinin kollektivi adından səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq.

Siz yorulmaz fəaliyyətinizlə ölkəmizin davamlı inkişafına nail olmuş, onu dünyada nüfuz sahibinə çevirmisiniz. Sizin qətiyyətiniz, əzmkarlığınız, uzaqgörən siyasətiniz sayəsində bu gün Azərbaycan xalqı qalib xalqdır.

Qalib xalqın qalib Lideri kimi Azərbaycan dövlətinin və xalqının hərtərəfli inkişafı, milli-mənəvi dəyərlərimizin yüksək səviyyədə qorunması və müstəqil dövlətimizin daha da gücləndirilməsi naminə göstərdiyiniz çoxşaxəli və səmərəli fəaliyyətinizdə Sizə yeni böyük uğurlar diləyirik.

Uca Rəbbim Sizi qorusun!

Hörmətlə,

Xudiyev Tahir, “Əlillər dünyası” qəzetinin baş redaktoru, “Beynəlxalq Əlillər Cəmiyyəti” və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” ictimai birliklərinin sədri, Qarabağ

müharibəsi veteranı, birinci qrup əlil.

Azərbaycan Respublikası, Bakı şəhəri