15 fevral 2024, 15:22

Günel Xəlilovadan, Abşeron, Azərbaycan

Hörməti cənab Prezident!

Sizin ailə üzvlərinizlə birlikdə 2024-cü il fevral ayının 7-də keçirilən keçirilən növbədənkənar prezident seçkilərində Xankəndi şəhərində səs verməyiniz, bu torpaqların əsl sahibinin kimlərin olduğunu düşmənlərə, o cümlədən bütün dünyaya göstərməyiniz məni bir şəhid ailəsi kimi fərəhləndirdi.

Səsvermənin azad olunmuş torpaqlarda keçirilməsi təhlükəsizliyimizin ən yüksək səviyyədə qorunmasının, dövlətimizin etibarlı əllərdə olmasının bariz göstəricisidir.

İgid oğullarımız Sizin müəyyən etdiyiniz düzgün hərbi strategiya ilə döyüş meydadında düşməni diz çökdürdü. İradəniz və qətiyyətiniz qəhrəmanlarımızı ruhlandıraraq "dəmir yumruğ"unuz ətrafında sıx birləşdirdi və işğal altında olan torpaqlarımız azad edildi.

Sizin sayənizdə müharibədən sonrakı dövrə yeni-yeni ümid və arzularla gedirik. Sizi Prezident seçilməyiniz münasibəti ilə təbrik edir, Sizin rəhbərliyiniz altında xalqımızın bundan sonra da uğurlar qazanacağına inanıram.


Dərin hörmətlə,

Xəlilova Günel, şəhid ailəsi

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.