15 fevral 2024, 14:50

Valeh Salehov və başqalarından, İsmayıllı, Azərbaycan

Qalib xalqın qalib Lideri!

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Biz İsmayıllı sakinlərinin və bütün Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran və parlaq qələbə bəxş edən, suverenliyimizi tam bərpa edən qalib Liderimiz Siz oldunuz.

Bu seçki xalqın Sizə etimadının tam olduğunu bir daha əyani sübut etdi. Biz əminik ki, Sizin rəhbərliyinizlə hələ çox zəfərlərə imza atacağıq. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı və xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni qələbələr arzulayırıq.

Yaşasın müstəqil Azərbaycan Respublikası!

Yaşasın qalib ölkənin qalib Prezidenti!

Hörmətlə,

Valeh Salehov,

Ağaəhməd Əhmədov,

Məsurə Əzizova,

Yasəmən Rəhimova.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.