15 fevral 2024, 13:33
Qəni Panayevdən, Dərbənd, Rusiya
Hörmətli cənab Prezident,
Böyük Azərbaycan xalqının öz layiqli Liderinə səs verdiyi seçkilərdə qazandığınız növbəti möhtəşəm qələbə münasibətilə Sizi Dərbənd şəhərində yaşayan azərbaycanlıları adından təbrik edirəm.
Siz, cənab Prezident, Heydər Əliyev siyasətini davam etdirərək, Azərbaycan Respublikasının siyasi və iqtisadi imkanlarını bütün dünyaya göstərdiniz.
Sizin məqsədyönlü siyasətiniz sayəsində Azərbaycanın nüfuzu beynəlxalq aləmdə ən yüksək zirvələrə çatmışdır.
Əminəm ki, Sizin kimi liderlə Azərbaycan xalqı firavan, xoşbəxt yaçayacaq. Mən də Sizə və xalqınıza səadət, rifah arzulayıram.
Hörmətlə,
Panayev Qəni, Dərbənd şəhər Deputatlar Soveti sədrinin köməkçisi.
Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri